...

Şəmkirdə daha bir yol qəzası baş verib, ölən var

Hadisə Materials 3 Noyabr 2013 00:40 (UTC +04:00)
Şəmkir rayonunda axşam saatlarında bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Şəmkirdə daha bir yol qəzası baş verib, ölən var

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Şəmkir rayonunda axşam saatlarında bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, hadisə rayon mərkəzi ilə Kür qəsəbəsi istiqamətində olan yolda qeydə alınıb. Gəncə şəhər sakini 23 yaşlı Ruzigar Cəbrayılov idarə etdiyi "Daewoo Nexia" markalı avtomobildə idarəetməni itirərək əvvəlcə yol kənarındakı ağaca, daha sonra evə çırpılıb. Nəticədə Ruzigar Cəbrayılov hadisə yerində dünyasının dəyişib, maşında olan sərnişin, Gəncə şəhər sakini 21 yaşlı Tural Səfərli isə yüngül bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Yaralıya ambulator yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti