...

Sumqayıtda qadının özünü öldürmək cəhdi baş tutmayıb

Hadisə Materials 28 Noyabr 2013 12:44 (UTC +04:00)
Sumqayıt şəhər sakini intihar məqsədilə özünü dənizə atıb.
Sumqayıtda qadının özünü öldürmək cəhdi baş tutmayıb

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İ.İzzət/

Sumqayıt şəhər sakini intihar məqsədilə özünü dənizə atıb.

Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 27-də Sumqayıt şəhəri 5-ci mikrorayonun ərazisində şəhər sakini Nailə Əlibəyova intihar məqsədilə özünü dənizə atıb. Onun bu cəhdinə baxmayaraq, polis əməkdaşları tərəfindən xilas edilib.

Hazırda N.Əlibəyovanı intihara məcbur edən səbəblərlə bağlı araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti