...

Polşada güclü külək avtobusu çevirib, 11 sərnişin yaralanıb

Hadisə Materials 7 Dekabr 2013 18:00 (UTC +04:00)
Polşada güclü külək reys avtobusunu çevirib, 11 sərnişin xəsarət alıb. Bu barədə Trend Rusiya mətbuatına istinadən xəbər verir.
Polşada güclü külək avtobusu çevirib, 11 sərnişin yaralanıb

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Polşada güclü külək reys avtobusunu çevirib, 11 sərnişin xəsarət alıb. Bu barədə Trend Rusiya mətbuatına istinadən xəbər verir.

Avtobus sərnişinləri Polşanın cənubundan Varşavaya daşıyırmış. Güclü külək səbəbindən sürücü idarəetməni itirib və avtobus yan tərəfə aşaraq küvətə düşüb.

Qapılar bağlandığından, insanlar pəncərələrdən xilas edilib.

11 sərnişin yaralanıb və onların həyatı üçün təhlükə olmadığı bildirilir. Nəqliyyat gözləyən digər sərnişinlər yanğınsöndürmə stansiyasına yerləşdiriliblər. Yolun bu hissəsində hərəkət məhdudlaşdırılıb.

Qeyd edək ki, iki sutkadır Polşada "Ksavyer" qasırğası hökm sürür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti