Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İ.İzzət/
Qaradağ rayonunda Ağdaş rayonun sakinindən 200 manat saxta əskinas götürülüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində yanvarın 19-da Sahil qəsəbəsində Ağdaş rayon sakini Sadiq Yusibovdan 8 ədəd 20 və 4 ədəd 10 manatlıq saxta əskinaslar götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.