...

Pakistanda sərnişin qatarı partladılıb: 7 ölü, 30 yaralı

Hadisə Materials 16 Fevral 2014 19:53 (UTC +04:00)
Pakistanın şimalındakı Peşəvər şəhərindən ölkənin cənubundakı Kəraçi şəhərinə gedən sərnişin qatarında partlayış olub.
Pakistanda sərnişin qatarı partladılıb: 7 ölü, 30 yaralı

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Pakistanın şimalındakı Peşəvər şəhərindən ölkənin cənubundakı Kəraçi şəhərinə gedən sərnişin qatarında partlayış olub.

Trend-in Türkiyənin "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, qatara yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində ən azı 7 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

Ölənlərdən 3-nün uşaq olduğu bildirilir.

Partlayış zamanı qatarın 3 vaqonu relsdən çıxıb.

Xəbər lenti

Xəbər lenti