...

Kiyevdə xəsarət alanların sayı 589-a çatıb, 80 ölü var

Hadisə Materials 21 Fevral 2014 23:03 (UTC +04:00)
Kiyevdə kütləvi iğtişaşlar zamanı xəsarət alanların sayı 589 nəfərə çatıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Kiyevdə xəsarət alanların sayı 589-a çatıb, 80 ölü var

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Kiyevdə kütləvi iğtişaşlar zamanı xəsarət alanların sayı 589 nəfərə çatıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Ukrayna Səhiyyə Nazirliyinin məlumatında deyilir: "Fevralın 18-dən paytaxtın səhiyyə müəssisələri və təcili tibbi yardım briqadalarına 589 yaralı müraciət edib, onlardan 379-u xəstəxanalara yerləşdirilib".

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşlar nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.

Qeyd edək ki, çərşənbə axşamı, Ali Radanın iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları yenidən başlayıb. Müxalifət idarəetmənin parlament-prezident formasına qayıtmağa, 2004-cü il Konstitusiyasını bərpa etməyə çağırıb. Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə "Molotov kokteyli" atıblar. Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti