...

Gəncədə iki avtomobil toqquşub, 6 nəfər ölüb

Hadisə Materials 6 Aprel 2014 11:24 (UTC +04:00)
Gəncədə iki avtomobil toqquşub, 6 nəfər ölüb.
Gəncədə iki avtomobil toqquşub, 6 nəfər ölüb

Azərbaycan, Bakı, 6 aprel / Trend /

Gəncədə iki avtomobil toqquşub, 6 nəfər ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Nizami rayonunda "KAMAZ" markalı yük avtomobili ilə "LADA" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "LADA" markalı minik avtomobilinin sürücüsü və 5 sərnişini aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Xilasedicilər hadisə yerinə çatana kimi üç sərnişinin meyiti vətəndaşlar tərəfindən, sürücü və digər iki sərnişinin sıxılmış vəziyyətdə qalmış meyiti xilasedicilər tərəfindən deformasiya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti