...

"Sədərək" ticarət mərkəzində mağazalardan külli miqdarda pul oğurlayan Lənkəran sakini saxlanılıb

Hadisə Materials 9 Aprel 2014 11:07 (UTC +04:00)
"Sədərək" ticarət mərkəzində mağazalardan külli miqdarda pul oğurlayan Lənkəran sakini saxlanılıb.
"Sədərək" ticarət mərkəzində mağazalardan külli miqdarda pul oğurlayan Lənkəran sakini saxlanılıb

Azərbaycan, Bakı, 9 aprel /Trend/

"Sədərək" ticarət mərkəzində mağazalardan külli miqdarda pul oğurlayan Lənkəran sakini saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 31-də "Sədərək" ticarət mərkəzində Lənkəran şəhər sakini Mehman Məmmədov diqqəti yayındırmaqla, Türkiyə vətəndaşı Yalıç Ərdala məxsus mağazanın kassasından 350 manat, fevralın 18-də Adil İbrahimova məxsus mağazadan 960 manat, fevralın 26-da Ramiz Tağıyevə məxsus mağazadan 4000 manat, martın 25-də Əbülfət Qasımova məxsus mağazadan 1300 manat, 400 ABŞ dolları, aprelin 7-də Mənsur Məmmədova məxsus mağazadan 300 manat, dekabrın 8-də Əbdül İsmayılova məxsus mağazadan 3500 manat oğurlamaqda şübhəli bilindiyinə görə Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən yaxalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti