...

İzmirdə yağan yağışlar selə səbəb olub

Hadisə Materials 11 Aprel 2014 10:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir S.Ağayeva/

Türkiyənin İzmir şəhərində yağan güclü yağışlar şəhər mərkəzində selin yaranmasına səbəb olub. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi xəbər verib.

Məlumata əsasən, sel nəticəsində şəhər mərkəzində bir çox yaşayış binalarının və digər tikililərin zirzəmilərini və birinci mərtəbələrini su basıb.

Agentliyin məlumatında o da qeyd olunur ki, hazırda təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti