...

Tovuzda avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb

Hadisə Materials 24 May 2014 08:45 (UTC +04:00)
Tovuzda avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb.
Tovuzda avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 24 may /Trend/

Tovuzda avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı-Qazax yolunun 415-ci kilometrliyində, Tovuz rayonu ərazisində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili hasara çırpılaraq yol-qəza hadisəsi baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobil zərbədən deformasiyaya uğramış və 2 nəfər sərnişin sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə sərnişinləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti