Azərbaycan, Bakı, 28 oktyabr /Trend/
Türkiyənin bir çox bölgələrində yağan güclü yağışlar selə səbəb olub. Trend-in məlumatına görə, bu barədə ölkənin Anadolu agentliyi xəbər verir.
Məlumata əsasən, sel nəticəsində bir çox yerlərdə evləri su basıb, yollar bağlanıb.
Sinoptiklər qeyri-sabit hava şəraitinin həftə sonuna qədər davam edəcəyini proqnozlaşdırırlar.
Foto Anadolu