...

İki qardaş və bir qadın soyğunçuluğa görə saxlanıldılar

Hadisə Materials 4 Fevral 2015 12:04 (UTC +04:00)
Paytaxtda soyğunçuluq etməkdə şübhəli bilinən iki qardaş və bir qadın saxlanılıb.
İki qardaş və bir qadın soyğunçuluğa görə saxlanıldılar

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İlkin İzzət/

Paytaxtda soyğunçuluq etməkdə şübhəli bilinən iki qardaş və bir qadın saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 29-da günorta saatlarında Telnov küçəsi Tərlalə Əliyevanın mənzilinin açıq qapısından daxil olmaqla, soyğunçuluq əməli törədilib. DİN Təhlükəsiz Şəhər Xidməti, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi, Xətai rayon Polis İdarəsi 34-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri 1991-ci il təvəllüdlü Günay Şirinova, 1983-cü il təvəllüdlü Elvin Mahmudov və qardaşı 1981-ci il təvəllüdlü Elşən Mahmudov idarə etdiyi "QAZ-21" markalı avtomobillə saxlanılaraq Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti