...

Kürdə ayı cəsədi tapılıb

Hadisə Materials 30 İyun 2015 20:30 (UTC +04:00)
Kür çayının yatağında "Balu" ləqəbli ayının cəsədi tapılıb.
Kürdə ayı cəsədi tapılıb

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Kür çayının yatağında "Balu" ləqəbli ayının cəsədi tapılıb.

Trend-in "Qruziya Onlayn" saytına istinadən verdiyi məlumata görə, ayı iyunun 14-də daşqın nəticəsində dağılmış Tbilisi zooparkına məxsus olub.

Məlumata əsasən, bu gün Kürdə, həmçinin Tamaz Elizbaraşvilinin özəl sığınacağına aid 3 ölü it tapılıb.

Qeyd edək ki, zooparkdan qaçmış pələngin taleyi barədə hələ də məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti