...

Azərbaycan Ordusunun əsgəri həlak olub

Hadisə Materials 4 Sentyabr 2015 15:20 (UTC +04:00)
Azərbaycan Ordusunun əsgəri silahla davranış qaydalarının pozulması nəticəsində həlak olub.
Azərbaycan Ordusunun əsgəri həlak olub

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Ordusunun əsgəri silahla davranış qaydalarının pozulması nəticəsində həlak olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Zərdab rayonundan hərbi xidmətə çağırılmış əsgər Samir Dadaş oğlu Orucov sentyabrın 3-də silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb.

Yaralı əsgərə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, o, hərbi tibb müəssisəsinə aparılarkən yolda keçinib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti