...

Masallıda saxta əskinasla benzin almaq istəyən şəxs tutulub

Hadisə Materials 15 Dekabr 2015 12:55 (UTC +04:00)
Masallıda saxta əskinas aşkar edilib.
Masallıda saxta əskinasla benzin almaq istəyən şəxs tutulub

Bakı. Samir Məmmədov - Trend:

Masallıda saxta əskinas satan şəxs yaxalanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 14-də Masallı rayonunun Sərçuvar kəndindəki yanacaqdoldurma məntəqəsində "VAZ-2106" markalı avtomobilin sürücüsünün doldurduğu yanacağın müqabilində ödədiyi 1 ədəd 100 manatlıq əskinasın saxta olması müəyyən edilib.

Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinası vermiş Cəlilabad rayon sakini Aqil Bəşirov tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti