...

Quldur dəstəyə 28 il cəza verildi

Hadisə Materials 31 Mart 2016 16:11 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Samit Tahirov, Nahid Rəziyev və Elnur Muradovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Quldur dəstəyə 28 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Samit Tahirov, Nahid Rəziyev və Elnur Muradovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Tahirov 10 il, digər ikisi isə 9 il müddətinə (hər birinə) azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər üç cinayətkar şəhər sakinlərinə qarşı quldurluq edərək pul ələ keçiriblər.

Polis əməkdaşların əməliyyat-axtarış tədbirləri nəticəsində hər üç şəxs ələ keçirilib. Onlar barəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti