...

Göyçayda çaqqallar kəndə hücum etdilər (VİDEO/FOTO)

Hadisə Materials 19 Oktyabr 2016 12:05 (UTC +04:00)
Çaqqallar Göyçay rayonunun Hacalıkənd kəndinə hücüm ediblər.
Göyçayda çaqqallar kəndə hücum etdilər  (VİDEO/FOTO)

Bakı. Trend:

Çaqqallar Göyçay rayonunun Hacalıkənd kəndinə hücüm ediblər.

Trend ARB TV-yə istinadən xəbər verir ki, vəhşi heyvanlar kənd sakini Yaşar Salmanova məxsus fərdi təsərrüfatda 12 baş ev quşunu tələf ediblər, ağaca bağlı iki itdən birini parçalayıb, digərini yeyiblər.

Bu ilk hadisə deyil. Sakinlərin sözlərinə görə, son vaxtlar kənd ərazisinə çaqqal hücumu artıb. 11 vətəndaşa məxsus 210 baş toyuq, hind quşu, 6 baş qoyun vəhşi heyvanlar tərəfindən tələf edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti