Bakı. Trend:
Gəncədə yaşayış evi uçub. Trend ARB TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin General Şıxlinski küçəsi, ev 2 ünvanında qeydə alınıb.
42 yaşlı Zibeydə Hüseynova və 2 övladının yaşadığı qəzalı vəziyyətdə olan evin bir otağı yağış nəticəsində uçaraq tamamilə yararsız hala düşüb. Hadisə baş verən zaman ev sahibi və uşaqlar həyətdə olduğundan xəsarət alan olmayıb.
Qəza ilə bağlı FHN-ə məlumat verilib.