Bakı. Trend:
Qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı sakini tutulub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 9-da Bakı şəhər sakini Fərqanə Mehdiyevaya məxsus lombarddan 24.000 manat pul və 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü, həmyerlisi Gəray İsmayılov tutulub.