...

3 kq qızıl oğurladı - ələ keçdi

Hadisə Materials 20 Yanvar 2017 12:59 (UTC +04:00)
Qızıl mağazalarından birindən 3 kq qızıl əşyaları oğurlamaqda şübhəli bilinən İmişli rayonunun Şahverdili kənd sakini İsmayıl Əmirov tutulub.
3 kq qızıl oğurladı - ələ keçdi

Bakı. Trend:

Qızıl mağazalarından birindən 3 kq qızıl əşyaları oğurlamaqda şübhəli bilinən İmişli rayonunun Şahverdili kənd sakini İsmayıl Əmirov tutulub, daha 1 nəfər isə müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 16-da rayon ərazisindəki qızıl mağazalarından birindən 3 kiloqram qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Şahverdili kənd sakini İsmayıl Əmirov tutulub, daha 1 nəfər isə müəyyən edilib.

İ.Əmirovun həyətinə baxış zamanı oradan torpağa basdırdığı 1 kiloqram 488 qram (299) adda qızıl əşyalar maddi sübut kimi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti