Bakı. Trend:
Bakıda oğurluqla məşğul olan 2 azyaşlı saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il yanvarın 2-dən 11-dək olan müddətdə rayon ərazisində 7 evdən elektrik naqili, inşaat materialları, geyim və məişət əşyaları, habelə 1 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb.