...

Binəqədidə yaşayış binasında yanğın olub

Hadisə Materials 24 İyul 2017 14:14 (UTC +04:00)
Bakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında bu gün yanğın baş verib.
Binəqədidə yaşayış binasında yanğın olub

Bakı. Trend:

Bakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında bu gün yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, binanın 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan 3 otaqlı mənzilin eyvanında 2 kv.m sahədə əşyalar yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın saat 11:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti