...

Sumqayıtda yanğın - 2 nəfər tüstüdən zəhərləndi

Hadisə Materials 28 İyul 2017 14:44 (UTC +04:00)
Səhər saatlarında Sumqayıtda yanğın faktı qeydə alınıb.
Sumqayıtda yanğın - 2 nəfər tüstüdən zəhərləndi

Bakı. Trend:

Səhər saatlarında Sumqayıtda yanğın faktı qeydə alınıb. Trend-ə FHN-dən verilən məlumata görə, şəhərdə çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 58 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 10 m2 sahədə əriyib.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım xidmətinə təhvil verilib və mənzillərdən 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 11:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti