Bakı. Samir Əli - Trend:
Astara rayonunda gənc oğlan özünü asıb.
Trend-in məlumatına görə, hadisə rayonun Kijəbə qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü İbrahimov Elvin Nazim oğlu özünü yaşadığı evin tavanından asıb. Ailə üzvləri onun meyitini asılmış vəziyyətdə aşkarlayıb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Astara rayoin Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.