...

Tbilisidə antiterror əməliyyatında saxlanılan və ölən var (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 22 Noyabr 2017 12:57 (UTC +04:00)
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Tbilisidə antiterror əməliyyatı keçirir
Tbilisidə antiterror əməliyyatında saxlanılan  və ölən var (YENİLƏNİB-2)

İlk xəbər 04:02-də yayımlanıb

Bakı. Trend:

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Tbilisidə keçirdiyi antiterror əməliyyatı nəticəsində 1 nəfər saxlanılıb. Trend-in məlumatına görə, yerli telekanal əməliyyat nəticəsində 1 nəfərin ölməsi barədə xəbər yayıb. Belə ki, əməliyyat nəticəsində xüsusi xidmət orqanlarının yaralanmış əməkdaşı xəstəxanada ölüb.

X X X

Saat 08:56

Son məlumata görə, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Tbilisidə keçirdiyi antiterror əməliyyatı hələ davam edir. Trend-in məlumatına görə, yerli KİV əməliyyatın məqsədinin terror təşkilatı ilə əlaqədə şübhəli bilnən 2 nəfərin saxlanılması olması barədə xəbər yayıb.

Hazırda hələ atışma səslərinin eşidildiyi bildirilir.

X X X

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Tbilisidə antiterror əməliyyatı keçirir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, mühasirəyə alınan şübhəli şəxslər xüsusi təyinatlılara atəş açıb. Əməliyyat Tbilisinin İsani-Samqor rayonunda keçirilir.

Məlumata əsasən, şübhəli şəxslərin olduğu bina mühasirəyə alınıb, sakinlərin təhlükəsizliyi təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti