...

Rusiyaya qanunsuz aparılan qızıl müsadirə olunub

Hadisə Materials 27 Dekabr 2017 10:03 (UTC +04:00)
Gömrükçülər gömrük nəzarətinə bəyan olunmayan zərgərlik məmulatı aşkar ediblər.
Rusiyaya qanunsuz aparılan qızıl müsadirə olunub

Bakı. Trend:

Gömrükçülər gömrük nəzarətinə bəyan olunmayan zərgərlik məmulatı aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunda Rusiya Federasiyası istiqamətində gedən Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı, 99-GT-210 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsində sürücü oturacağının arxa hissəsində asılmış gödəkçənin cibində gömrük nəzarətinə bəyan olunmayan bir ədəd bağlamada, ümumi çəkisi 181,12 qram olan zərgərlik məmulatı - 9 ədəd sırğa cütü və üzük dəsti, 6 ədəd üzük və 2 ədəd sırğa tayı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti