...

Külli miqdarda narkotik müsadirə olunub

Hadisə Materials 8 Yanvar 2018 12:12 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Külli miqdarda narkotik müsadirə olunub

Bakı. Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 6-7-də ümumi çəkisi 3 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 1,2 kiloqram heroin, 1,9 kiloqrama yaxın marixuana götürülərək dövriyyədən çıxarılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Yardımlı rayon sakini Rasim Həsənov Zabrat qəsəbəsində saxlanılıb, üzərinə baxış keçirilərkən 1 kiloqram 200 qram heroin aşkar edilib.

Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramin Şahbazovdan 480 qram, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Gülümovdan 480 qram marixuana götürüblər.

Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri də uğurla nəticələnib. Saxlanılan şəhər sakini Təbriz Rəhmanovun üzərinə baxış keçirilərkən 5,121 qram tiryək, evində aparılan axtarış tədbirləri zamanı isə əlavə olaraq 65,144 qram, qardaşı, əvvəllər məhkum olunmuş Pərviz Rəhmanova məxsus 831 qram mürixuana və dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti