...

Bakıda köməksiz qalan 4 nəfər xilas edilib

Hadisə Materials 4 Fevral 2018 20:44 (UTC +04:00)
Paytaxtın Nərimanov və Səbail rayonunda köməksiz qalan 4 nəfər xilas edilib
Bakıda köməksiz qalan 4 nəfər xilas edilib

Bakı. Trend:

Paytaxtın Nərimanov və Səbail rayonunda köməksiz qalan 4 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 3 nəfər, Səbail rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşların liftlərdən çıxmasına kömək edib.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti