...

Goranboyda ikimərtəbəli ev yanıb

Hadisə Materials 8 Fevral 2018 15:50 (UTC +04:00)
Gündüz saatlarında Goranboyda yanğın faktı qeydə alınıb.
Goranboyda  ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Gündüz saatlarında Goranboyda yanğın faktı qeydə alınıb.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Veyisli kəndində ümumi sahəsi 140 m2 olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 60 m2 sahədə, ikinci mərtəbədə 2 otağın və dam örtüyünün yanar konstruksiyaları 60 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti