...

Myanmada 3 partlayış baş verib

Hadisə Materials 24 Fevral 2018 07:34 (UTC +04:00)
Myanmanın qərbində üç partlayıcı qurğu işə salınıb
Myanmada 3 partlayış baş verib

Bakı. Trend:
Myanmanın qərbində üç partlayıcı qurğu işə salınıb.

Trend-in verdiyi xəbərə görə, hadisə Rakxayn ştatındaki Sittve şəhərində baş verib.

Hüquq mühafizə orqanlarının yaydığı məlumata əsasən, insident nəticəsində bir polis xəsarət alıb.

Partlayışlardan birinin hökümət idarəsinin həyətində baş verdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti