...

Qazaxda saxta avro dəyişən şəxs saxlanılıb

Hadisə Materials 7 İyun 2018 11:26 (UTC +04:00)
Qazaxda saxta avro dəyişən şəxs saxlanılıb
Qazaxda saxta avro dəyişən şəxs saxlanılıb

Bakı. Trend:

İyunun 6-da Qazax rayonunun Kosalar kənd sakini S.Pənahov Rayon Polis Şöbəsinə müraciət edərək həmin gün şəhər bazarında naməlum şəxsin ona verdiyi 400 avronu manata dəyişdiyini, sonradan isə həmin pulun saxta olduğunu aşkar etdiyini bildirib.

Bu barədə Trend-ə DİN-dən məlumat verilib.

Həmin əsginaslar ekspertizaya təqdim olunub.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə saxta pul mübadiləsində şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən Şıxlı kəndinin ərazisində saxlanılıb.

Araşdırmalarla onun Tovuz rayon sakini Etibar Məmmədli olduğu müəyyən edilib.

Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti