...

Lahıcda qəza - maşın azyaşlını vurdu

Hadisə Materials 21 İyun 2018 13:44 (UTC +04:00)
İsmayıllı rayonunun Lahıc qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Lahıcda qəza - maşın azyaşlını vurdu

Bakı. Trend:

İsmayıllı rayonunun Lahıc qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, iyunun 20-də saat 19 radələrində Qəbələ rayon sakini Əlizaman Qarayev idarə etdiyi “QAZ-2417” markalı avtomobillə yolu keçən Tircan kənd sakini – azyaşlı Məhəmməd Babayevi vurub, nəticədə uşaq hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti