...

Yaponiyada 3 nəfər isti, 134 nəfər daşqınlar səbədindən öldü

Hadisə Materials 10 İyul 2018 07:38 (UTC +04:00)
İyulun 2-dən 8-dək bir həftə ərzində Yaponiyada havaların həddindən artıq isti keçməsi səbəbindən 3 nəfər ölüb
Yaponiyada 3 nəfər isti, 134 nəfər daşqınlar səbədindən öldü

Bakı. Trend:

İyulun 2-dən 8-dək bir həftə ərzində Yaponiyada havaların həddindən artıq isti keçməsi səbəbindən 3 nəfər ölüb, daha 2722 nəfər isə xəstəxanaya yerləşdirilib Trend-in məlumatına görə, bu barədə Yaponiyanın yanğınsöndürmə və təcili tibbi yardım xidməti bildirib.

Əvvəlki həftə ilə müqayisədə xəstəxanaya yerləşdirilən xəstələrin sayının bir qədər azaldığı bildirilir.

Qeyd edək ki, bu arada Yaponiyanın başqa rayonlarında hökm sürən leysan yağışları daşqınlara səbəb olub. Məlumata görə, daşqınlarda 134 nəfər həyatını itirib, daha 88 nəfəru=in taleyi isə məlum deyil.

Xirosima prefekturasının Futyu qəsəbəsində isə təxminən 23 min sakinin subasmalar vədaşqınlar səbəbindən təxliyyə edilməsi barədə xəbərdarlıq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti