...

İribuynuzlu heyvanı yük maşınının arxasına bağlayaraq sürüyən şəxs cərimələndi

Hadisə Materials 10 İyul 2018 17:36 (UTC +04:00)
O İnzibati Xətalar Məcəlləsinin 290.1.2.-ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına görə 200 manat məbləğində cərimə edilib
İribuynuzlu heyvanı yük maşınının arxasına bağlayaraq sürüyən şəxs cərimələndi

Bakı. Trend:

Sosial şəbəkədə şəhərin küçəsində iribuynuzlu heyvanın xırda tutumlu yük maşınının arxasına bağlanaraq sürüdülməsi ilə bağlı yayılan videoyla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, qanunpozucusu İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə (Heyvanlarla rəhmsiz rəftar edilməsi) əsasən cərimə oluna bilər.

Nazirlikdən Trend-ə verilən məlumata görə, sözügedən hadisə ilə bağlı artıq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 10-LO-913 dövlət nömrə nişanlı “Qazel” markalı maşının sürücüsü barəsində qanunamüvafiq tədbir görülüb. Belə ki, o İnzibati Xətalar Məcəlləsinin 290.1.2.-ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına görə 200 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, qanunamüvafiq qaydada inzibati işə bir qurum tərəfindən baxılıb qərar çıxarıla bilər, bu halda isə qanunpozucusu barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən inzibati tədbir görülüb.

ETSN vətəndaşları istər vəhşi heyvanlarla, istərsə də ev heyvanlarıyla qanunvericiliyin tələblərinə uyğun davranmağa, onlarla mərhəmətli olmağa və zorakılığa yol verməməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti