...

Özbəkistandan Azərbaycana qanunsuz yük keçirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 17 İyul 2018 12:17 (UTC +04:00)
Özbəkistandan Azərbaycana qanunsuz yük keçirilməsinin qarşısı alınıb
Özbəkistandan Azərbaycana qanunsuz yük keçirilməsinin qarşısı alınıb (FOTO)

Bakı. Trend:

Özbəkistandan Azərbaycana qanunsuz yük keçirilməsinin qarşısı alınıb.

DGK-dan Trend-ə verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Özbəkistan Respublikasından Bakı şəhərinə gələn yükə baxış keçirilib.

Avtomaşınla daxil olan və müvafiq gömrük bəyannaməsilə bəyan edilən yükə baxış zamanı, bəyan edilən mallardan əlavə gömrük orqanına bəyan olunmayan 20 ədəd "Shivaki Air Conditioner 18000 BTU/H" markalı kondisionerin hissələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti