...

Biləsuvarda 3 otaqlı evdə yanğın

Hadisə Materials 25 İyul 2018 04:21 (UTC +04:00)
Ümumi sahəsi 84 m² olan birmərtəbəli 3 otaqlı binada 1 ədəd rabitə avadanlığı qismən yanıb.
Biləsuvarda 3 otaqlı evdə yanğın

Bakı. Trend:

Biləsuvarda ev yanıb.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Xırmandalı kəndində ümumi sahəsi 84 m² olan birmərtəbəli 3 otaqlı binada 1 ədəd rabitə avadanlığı qismən yanıb.

Yüksək temperaturdan otağın lambirdən ibarət tavanı 8 m² sahədə əriyib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti