...

“Maykl” 13 nəfəri öldürdü

Hadisə Materials 9 Oktyabr 2018 12:44 (UTC +04:00)
Mərkəzi Amerika ölkələrində tüğyan edən “Maykl” qasırğası nəticəsində azı 13 nəfər həlak olub
“Maykl” 13 nəfəri öldürdü

Bakı. Trend:

Mərkəzi Amerika ölkələrində tüğyan edən “Maykl” qasırğası nəticəsində azı 13 nəfər həlak olub.

Trend-in məlumatına görə, qasırğa Salvador, Nikaraqua və Hondurasda fəsadları törədib.

Qasırğa həmçinin güclü daşqınlara səbəb olub. Qeyd olunur ki, qurbanlardan 6 nəfəri Hondurasda, 4 nəfəri Nikaraquada, 3 nəfəri isə Salvadorda həlak olub.

Hazırda “Maykl” qasırğasının Kubaya çatdığı və ABŞ-ın Florida ştatına doğru hərəkət etdiyi deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti