...

Mingəçevirdə 7 mənzildən oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 18 Oktyabr 2018 10:45 (UTC +04:00)
Mingəçevirdə 7 mənzildən oğurluq edən şəxs saxlanılıb
Mingəçevirdə 7 mənzildən oğurluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Mingəçevirdə 7 mənzildən oğurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Mingəçevir şəhərində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 7 mənzildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Mingəçevir şəhər sakini əvvəllər məhkum olunmuş Sahil Hüseynli olduğu müəyyən edilib. Onun ayrı-ayrı vətəndaşlara məxsus evlərdən ümumi dəyəri 20.000 manat olan pul, qızıl-zinət və məişət əşyalarının oğurlayaraq maddi ziyan vurması müəyyən edilib.

Dindirilmə zamanı S.Hüseynli törətdiyi cinayət əməllərini etiraf edib.

Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti