...

Şəmkirdə iki avtomobil toqquşdu, ölən var

Hadisə Materials 22 Oktyabr 2018 16:09 (UTC +04:00)
Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Şəmkirdə iki avtomobil toqquşdu, ölən var

Bakı. Trend:

Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 20-də saat 10 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində qəsəbə sakini Hacı Musayevin idarə etdiyi “VAZ-2106” və Ramil Alıyevin idarə etdiyi “Lada Priora” markalı avtomobillər toqquşub. Nəticədə H.Musayev hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti