...

İranda “bitum sultanı” edam edilib

Hadisə Materials 22 Dekabr 2018 15:20 (UTC +04:00)
İranda fırıldaqçılıqda ittiham edilən və "bitum sultanı" kimi tanınan Həmid Rza Baqiri Derməni edam edilib.
İranda “bitum sultanı” edam edilib

Bakı. Elnur Bağışov - Trend:

İranda fırıldaqçılıqda ittiham edilən və "bitum sultanı" kimi tanınan Həmid Rza Baqiri Derməni edam edilib.

Trend-in məlumatına görə, Tehranın İctimai və İnqilab Məhkəməsinin H.B.Derməni və onun yaratdığı şəbəkə ilə əlaqədə olan şəxslərlə bağlı 25 min səhifədən çox cinayət işinin istintaqı yekunlaşıb.

Cinayət işi "Jey" Neftayırma Şirkəti, Milli Bank, Turizm Bankı, "Eqtesade-Novin" Valyuta Dəyişmə Məntəqəsi, "Saman Məcd" İnvestisiya Şirkəti kimi iri müəssisələrin şikayəti əsasında açılıb.

"Bitum sultanı" dəstə təşkil edərək cinayətkar işlər görmək, saxtakarlıq, rüşvət vermək, saxta şirkətlər qurmaqla, ümumilikdə 10 trilyon rial həcmində (təxminən 239 milyon dollar) fırıldaqçılıq etməkdə günahlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti