...

Astarada narkotik satan şəxsin evindən 5 kq-dan artıq tiryək tapılıb

Hadisə Materials 21 Yanvar 2019 16:42 (UTC +04:00)

Bakı. Trend:

Astara sakininin evindən 5 kq tiryək tapılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahağacı kənd sakini, əvvəllər məhkum olunmuş Fikrət Cabbarov narkotik vasitə satarkən cinayət başında yaxalanıb, ondan 17 qram tiryək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən əlavə olaraq 5 kiloqram 655 qram tiryək və 10 qramdan artıq metamfetamin götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti