...

Tayvanda 4,6 ballıq zəlzələ şəhərlərini silkələdi

Hadisə Materials 22 May 2019 09:12 (UTC +04:00)
Tayvanın şimal-şərq sahillərində güclü zəlzələ olub.
Tayvanda 4,6 ballıq zəlzələ şəhərlərini silkələdi

Bakı. Trend:

Tayvanın şimal-şərq sahillərində güclü zəlzələ olub.

Trend-in məlumatına görə, təkanların yerli vaxtla səhər 09:37-də 4,6 bal gücündə olduğu bildirilib.

Təxminən 25,7 kilometr dərinlikdə baş vermiş zəlzələnin episentrinin Xaulyan məntəqəsinin sahil zonaları olduğu qeyd edilib.

Təkanlar sahil xəttində olsa da, Nantou, Xualyan, İlan, eləcə də Tayçjun şəhərlərində hiss olunub.

Dağıntılar və insan tələfatı barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, 23 milyon əhalisi olan Tayvan seysmik cəhətdən aktiv zonada yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti