...

Kürdə batan şəxsin meyiti tapılıb

Hadisə Materials 29 Avqust 2019 19:54 (UTC +04:00)
40 yaşlı şəxsin Kürdən meyiti tapılıb.
Kürdə batan şəxsin meyiti tapılıb

Bakı. Trend:

40 yaşlı şəxsin Kürdən meyiti tapılıb.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən bu barədə məlumat verilib.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Yevlax şəhərindən keçən hissəsində, qeyri-məntəqə (nəzarətsiz) ərazisində 1 nəfərin çaya düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1979-cu il təvəllüdlü Abdullayev Seymur Bayram oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti