Bakı. Trend:
Saxalində ayı hücum edərək 1 nəfəri parçalayıb.
Trend-in məlumatına görə, ayının yaraladığı şəxsi Balıqçı kəndinin yaxınlığında yerləşən neft-emalı zavodunun əməkdaşları tapıb və dərhal təcili tibbi yardım çağırıblar. Lakin yaralı xəstəxanaya aparılarkən yoldaca dünyasını dəyişib.
Hazırda "qatil ayı" rayon ərazisində polis və kənd təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən axtarılır.