...

Ayı 50 yaşlı qadını parçalayıb yedi

Hadisə Materials 7 Oktyabr 2019 09:38 (UTC +04:00)
Rusiyada ayı 50 yaşlı qadını parçalayaraq yeyib.
Ayı 50 yaşlı qadını parçalayıb yedi

Bakı. Trend:

Rusiyada ayı 50 yaşlı qadını parçalayaraq yeyib. Trend-in məlumatına görə, hadisə Baykalda Xiloksk rayonunda qeydə alınıb.

Vilayətin vahid dispetçer xidmətindən hadisə ilə bağlı verilən xəbərdə deyilir ki, Terepxen kəndindən 100 kilometr aralıda 1969-ci il təvəllüdlü kənd sakininin meyiti aşkar edilib. Meyitin baş nahiyəsi parçalanıb, sağ əli isə qopub.

Hadisə yerində araşdırma qrupu təhlillər aparır.

Rayon administrasiyasından qadının ayının hücumu nəticəsində öldüyü bildirilib. Son dövrlər vəhşi heyvanların kənd ətrafına gəlməsi hallarının artdığı da qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti