...

Hövsanda yolu keçən piyadanı maşın vurub öldürdü

Hadisə Materials 9 Dekabr 2019 17:04 (UTC +04:00)
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Hövsanda yolu keçən piyadanı maşın vurub öldürdü

Bakı. Trend:

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 7-də saat 18 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Kazımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Sahib Ələkbərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti