...

Sərhəddə avtomobildə gizlədilən kosmetik vasitələr aşkarlandı

Hadisə Materials 14 Dekabr 2019 13:33 (UTC +04:00)
Sərhəddə avtomobildə gizlədilən kosmetik vasitələr aşkarlandı
Sərhəddə avtomobildə gizlədilən kosmetik vasitələr aşkarlandı

Trend-i buradan izləyin

Bakı. Trend:

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Toyota RAV 4" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsində və yük yerindəki boşluqlarda gömrük nəzarətindən gizlədilən 20 adda 506 ədəd müxtəlif növ kosmetik vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti