...

Gürcüstandan gələn avtobusda spirtli içkilər və ehtiyat hissələri aşkarlandı (FOTO)

Hadisə Materials 16 Dekabr 2019 10:57 (UTC +04:00)
"Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşının idarə etdiyi sərnişin avtobusu saxlanılıb
Gürcüstandan gələn avtobusda spirtli içkilər və ehtiyat hissələri aşkarlandı (FOTO)

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşının idarə etdiyi "Mercedez-Benz Travego 15 SHD" markalı sərnişin avtobusu saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, nəticədə avtobusun orta yük yerində 4 ədəd 1 litrlik "Nemiroff Original", 4 ədəd 1 litrlik "Nemiroff Delikat", 19 litr "Marani" markalı və 17 litr üzərində heç bir yazısı olmayan kustar üsullarla hazırlanan müxtəlif qablaşdırmada spirtli içkilər, həmçinin 23 ədəd müxtəlif markalı işlənmiş avtoehtiyat hissəsi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti