...

Keçmiş məhkum Bakı sakinini bıçaqla hədələyib telefonunu aldı

Hadisə Materials 20 Fevral 2020 14:01 (UTC +04:00)
Quldurluq etməkdə şübhəli bilinən paytaxt sakini K.Əhmədov və Qazax rayon sakini İ.Məhəmmədov saxlanılıb.
Keçmiş məhkum Bakı sakinini bıçaqla hədələyib telefonunu aldı

Bakı. Trend:

Quldurluq etməkdə şübhəli bilinən paytaxt sakini K.Əhmədov və Qazax rayon sakini İ.Məhəmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.Novruzov 2019-cu il oktyabrın 9-da A.Manafov küçəsində 2 nəfərin onu bıçaqla hədələyib mobil telefonunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş K.Əhmədov və Qazax rayon sakini İ.Məhəmmədov saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanmışdır.
Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti