...

Bakıda aptekə basqın edildi

Hadisə Materials 23 Aprel 2020 09:54 (UTC +04:00)
Bakıda aptekə basqın edilib.
Bakıda aptekə basqın edildi

Bakı. Samir Əli - Trend:

Bakıda aptekə basqın edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü İbadova Esmira Loğman qızı polisə müraciət edərək bildirib ki, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindəki "Vita" aptekdə olarkən naməlum şəxs əlində silahəbənzər əşya ilə içəri daxil olaraq onu hədələyib.

Naməlum şəxs aptekin kassasında olan 700 manatı götürərək hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsilə cinayət işi başlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin tapılması barədə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti